Hər nəfərə 6481 manat...

her-nefere-6481-manat
Oxunma sayı: 1485

2017-ci ilin yanvar-noyabr aylarında ölkədə 63071,3 milyon manat və ya əhalinin hər nəfərinə 6481,8 manat məbləğində ümumi daxili məhsul istehsal edilib. 

“Qafqazinfo” xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, ÜDM istehsalının 40,1 faizi sənayenin, 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin, 8,8 faizi tikintinin, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrinin, 17,0 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,7 faizini təşkil edib.

İqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 faiz artıb, neft bölməsində isə 5,1 faiz azalıb.