Hər şey Avroliqa üçün…

her-sey-avroliqa-ucun
Oxunma sayı: 646

“Qafqazinfo”nun verdiyi məlumata görə, baş tutacaq 3 qarşılaşma ilə ilk “altılıq”da mübarizəyə yekun vurulacaq.

Beləliklə, Avroliqaya vəsiqə qazanan son iki klubun adına aydınlıq gələcək. Bu iki vəsiqəyə 3 komanda – “Xəzər Lənkəran”, “Qarabağ” və “İnter” iddialıdır. İlk iki komanda Lənkəran şəhər stadionunda üz-üzə gələcək. “İnter” isə evdə “Bakı”nı qəbul edəcək.
Günün digər qarşılaşması isə çempionla “altılığ”ın autsayderi arasında baş tutacaq. “Neftçi” bu mövsüm 3 qarşılaşmadan 2-də məğlub olduğu “Qəbələ”dən yenilgilərin əvəzini çıxmağa çalışacaq.

11 may

17:30. “Xəzər Lənkəran” – “Qarabağ”
Lənkəran. Şəhər mərkəzi stadionu
Cari mövsümdəki oyunlar – 1:0, 0:0, 0:1

17:30. “İnter” – “Bakı”
Bakı. “Şəfa” stadionu
Cari mövsümdəki oyunlar – 0:3 (texniki məğlubiyyət), 0:1, 1:0

17:30. “Neftçi” – “Qəbələ”
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
Cari mövsümdəki oyunlar – 0:1, 2:0, 1:4


Ceyhun Əhmədov