“Hər şey göz qabağında idi” - Emin Mahmudov

her-sey-goz-qabaginda-idi
Oxunma sayı: 1824

“Səfərdən 3:0 hesablı yaxşı nəticə ilə gəlmişik. Buna rəğmən, oyuna ciddi hazırlaşmışıq. Hücum futbolu oynamağa çalışacağıq”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri “Neftçi”nin kapitanı Emin Mahmudov Bakıda Moldovanın “Sperantsa” klubuyla Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu haqda danışarkən deyib.

Təcrübəli yarımmüdafiəçi  “Bakcell Arena”da təşkil olunan mətbuat konfransında bildirib ki, futbolda hər şey mümkündür və rəqib sürpriz edə bilər: “Dünən Moldovada “Saburtalo”ya 0:3 hesabı ilə uduzan “Şerif” səfərdə ilk 10 dəqiqədə 3 top vurmuşdu. Diqqətli olmalıyıq. Rəqib düşərgədə yer alanların hakimlərin bizə kömək etmələri ilə bağlı iddialarına gəlincə, bu haqda danışmaq istəmirəm. Hər şey göz qabağında idi”.

Qeyd edək ki, iyulun 18-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Sperantsa” oyunu saat 21:00-da başlayacaq. “Ağ-qaralar” ilk matçda 3:0 hesabı ilə qalib gəliblər.