“Hər şey Vaşinqtondan asılıdır”

her-sey-vasinqtondan-asilidir
Oxunma sayı: 958

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla ehtimal olunan görüşünə dair məsələni şərh edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, avstriyalı jurnalistin görüşü Vyana şəhərində keçirmələrini təklif etməsinə Rusiya lideri belə cavab verib:

“Vyana yüksək səviyyəli görüşlərin keçirilməsi üçün yaxşı yerdir. Ən yaxın zamanda görüş imkanımız “G20” sammitində olacaq” – Putin deyib.

V. Putin qeyd edib ki, Rusiya dialoqlara hazırdı və hər şey Vaşinqtondan asılıdır.

“Deyə bilərəm ki, ən azından biz belə hiss edirik ki, amerika tərəfinin belə istəyi var” – Putin bəyan edib.