“Hər şeyi pulla hesablamaq olar?”

her-seyi-pulla-hesablamaq-olar
Oxunma sayı: 1372

Rusiyanın tanınmış müğənnisi Alsu ilə bankir Yan Abramovun 10 yaşlı qızı Mikellanın “Səs Uşaqlar” yarışmasının qalibi seçilməsi ətrafında yaranan qalmaqallar səngimək bilmir. “Qafqazinfo” xəbər verir ki, bir neçə gündür gündəmi zəbt edən mövzu barədə Aslunun prodüseri Nina Ponomareva cavab verib. 

O, sosial şəbəkədə status yazaraq qalibin istedadlı olduğunu vurğulayıb: “Mikella nədə günahkardır? İstedadlı olmaqda? Pullu olmaq istedadı da satın almaq demək deyil. Hər şeyi pulla hesablamaq olar? Biz final mahnımızı hazırlamamışdıq. İnsanların onu seçəcəyini öncədən də bilmirdik. Mikela 5 ildir yarışmada iştirak etmək arzusunda olub”.

Bundan əlavə, prodüser Alsunun ünvanına təhqir, təhdid və şantaj dolu mesajların gəldiyini qeyd edib. 

Xatırladaq ki, Mikela finalda ən çox – 61,8 faiz tamaşaçı səsi toplayaraq ad gününə üç gün qalmış yarışmanın qalibi seçilib. Tamaşaçıların böyük bir qismi Mikellanın bu qələbəyə layiq olmadığını, səsvermənin ədalətsiz keçirildiyini bildirib. Bəziləri isə yarışmanın finalının “alındığını” yazıblar.