“Hər zaman diqqət mərkəzində olmuşam” - Aygün

her-zaman-diqqet-merkezinde-olmusam
Oxunma sayı: 4182

Xalq artisti Aygün Kazımova “Söhbət elə” adlı “Youtube” layihəsinin qonağı olub. “Qafqazinfo” xəbər verir ki, müğənni “Azərbaycan kişisi hər mənada yanınızda olmağı arzu edirdi. Bu həqiqətin sizə gətirdiyi neqativ və pozitivliklər nələrdir” sualına belə cavab verib:

“Mənə xoşbəxtlik verən, cazibədar edən şeylərin neqativ tərəflərini görmüşəmsə, artıq unutmuşam. Səhnədə olmadığım anlarda hər zaman diqqət mərkəzində olmuşam. İnsanların bir nöqtədə cəmləşdiyini hiss etmişəm”.  

Bundan əlavə, Kazımova “Kristal Hall”da baş tutan konsertindən də danışıb:

“Konsert haqqında ömrümün axırına kimi danışacam. Hazırlıq zamanı elə fikirləşdim ki, 4 ay Avropaya gedib dərs keçdim. Bunu yubileyimə yaraşan zirvə konserti hesab edirəm”.