Meksikada hərbçilər və quldurlar arasında baş verən atışma zamanı 5 nəfər ölüb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Puebla ştatında baş verib.
İnsident dəniz piyadalarının oğurluqla məşğul olan “Bukanes” quldur dəstəsinə qarşı keçirdikləri əməliyat zamanı baş verib. Nəticədə 4 quldur, 1 hərbçi ölüb. Daha iki əsgər isə yaralanıb.