Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcək

herbcilerimiz-beynelxalq-tedbirlerde-istirak-edecek
Oxunma sayı: 650


"Qafqazinfo" nazirliyin saytına istinadən xəbər verir ki, avqustun 25-dən 28-dək Manama şəhərində (Bəhreyn) "Dəniz minalarına qarşı mübarizə tədbirləri üzrə beynəlxalq təlim-2014" yekun planlaşdırma konfransı, Ştrausberq şəhərində (Almaniya) kütləvi informasiya vasitələri ilə əlaqədar ekspert görüşü, avqustun 26-dan sentbyarın 13-dək isə Qrafenvör şəhərində (Almaniya) "Combined Endeavor-2014" təlimi keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.