Hərbi bazaya hücum, 45 təhlükəsizlik əməkdaşı öldürüldü

herbi-bazaya-hucum-45-tehlukesizlik-emekdasi-olduruldu
Oxunma sayı: 2077

“Taliban” radikal hərəkatının Əfqanıstanda hərbi bazaya hücumu nəticəsində 45 təhlükəsizlik qüvvəsi əməkdaşı ölüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bazaya ötən axşam hücum olunub. Hüquq-mühafizə orqanları da faktı təsdiqləyib. 

Xatırladaq ki, ötən gün taliblər Faryab əyalətində də hərbi bazanı ələ keçirmişdilər. Hücum zamanı 17 hərbçi öldürülmüşdü.