Hərbi bazaya hücumun təşkilatçıları saxlanılıb

herbi-bazaya-hucumun-teskilatcilari-saxlanilib
Oxunma sayı: 644

Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes “Paramakay” hərbi bazasına hücumun təşkilatçılarının saxlanıldığını bildirib.

“Qafqazinfo” “RİA Nobosti”yə istinadən xəbər verir ki, bu barədə Nazir “Twitter” hesabında yazıb.

“Venesuela xalqına bildirmək istəyirəm ki, təhlükəsizliyi orqanlarının qətiyyəti nəticəsində 41-ci zirehli tank briqadasına olan hücumunun təşkilatçıları saxlanılıblar”, - deyə Padrino Lopesin yazıb.

Bundan əvvəl vitse-prezident Diosdado Kabelo hücumu terror hadisəsi kimi qiymətləndirib.

Ölkə başçısı Nikolas Maduro isə hücum nəticəsində 2 nəfərin öldüyü, daha 1 nəfərin isə yaralandığını bildirib.