Hərbi cinayətdə ittiham olunan əsgərin meyiti aylar sonra tapıldı

herbi-cinayetde-ittiham-olunan-esgerin-meyiti-aylar-sonra-tapildi
Oxunma sayı: 8614

Hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən əsgərin meyiti tapılıb.

"Qafqazinfo"ya Müdafiə Nazirliyindən daxil olan məlumata görə, bu il yanvarın 5-i Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər, 1998-ci il təvəllüdlü Cəlilbəyli Bəhrüz Pərviz oğlunun meyitinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib.

Qeyd edək ki, mediada Bəhrüz Cəlilbəylinin biri zabit olmaqla 3 hərbçini öldürdüyü barədə məlumat yayılmışdı. Ölənlər Siyəzən rayon sakini, zabit Nahid Qərib oğlu Abbasov, Qaradağ rayonu, Sahil qəsəbəsinin sakini Elvin Elşən oğlu Şərifli və Şərur rayon, Düdəngə kəndinin sakini, 1993-cü il doğumlu Vüsal Rafiq oğlu Ağayevdir.

Hadisənin sentyabr ayında baş verdiyi qeyd olunur.