Hərbi gəmilər Bakı buxtasında niyə görünmədi?- - Fotolar

herbi-gemiler-baki-buxtasinda-niye-gorunmedi-
Oxunma sayı: 2479


“Qafqazinfo”ya daxil olan məlumata görə, bunun çox maraqlı səbəbləri var.

Məlumata görə, Müdafiə Nazirliyi Bakıda müxtəlif sahələr üzrə iri təmir işləri aparan şirkətə hərbi  gəmiləri boyamaq sifarişini edib. Sifariş alan şirkət hərbi gəmilərin “matovıy” (mat rəngli) boya ilə rəngləmək istəyib. Belə ki, şirkət əməkdaşları 2013-cü ilədək hərbi gəmilərin yalnız “matovıy” boya ilə rəngləndiyini bilirmiş. Məsələ burasındadır ki, müvafiq hərbi kitabda və xarici ölkələrin praktikasında da hərbi gəmilər məhz mat rəngli boya ilə işlənir.

İş başlamazdan əvvəl şirkət rəhbərliyi bu məsələni müdafiə naziri Zakir Həsənova çatdırıb.

Məlumatda iddia olunur ki, Z.Həsənov Azərbaycan hərbi gəmilərinin dünya və yerli praktika ilə rənglənməsinə razı olmayıb. İddiaya görə, nazir deyib ki, qaydalara baxmayaraq hərbi gəmilər parlaq boya ilə işlənsin ki, “daha yaxşı və gözəl” görünsün.

Beləliklə, iyun ayının 15-də şirkət 3 gəmini hazır edəndən sonra Z.Həsənov baxışa gəlib.

Donanmadakı gəmilər Sovet İttifaqından qaldığından, gəminin bortunda əyri-üyrülük dərhal hiss olunub.

Zakir Həsənov baxışda olarkən gəmilərin rəngini bəyənməyib.  Nazirin bundan sonra Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanlığına “Gəmiləri 26 iyun bayramı günü buxtaya düzməyin” əmrini verib. 

Nazirliyin sonradan, gəmiləri təzədən “matovıy” boya ilə rəngləməyi sifariş etdiyi də bildirilir.

Lakin əvvəldə qeyd olunduğu kimi, 26 iyun –Silahlı Qüvvələr Günü Azərbaycanın hərbi gəmiləri Bakı buxtasında olmadı.

2013-cü il 26 iyun –Silahlı Qüvvələr Günündə və bu ilin iyun ayında çəkilmiş fotoları təqdim edirik.