Hərbi hissənin anbarında partlayış olub - Venesuelada

herbi-hissenin-anbarinda-partlayis-olub
Oxunma sayı: 797

Venesuelanın Araqua ştatında hərbi hissənin anbarında partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.

İnsident "Cavim" hərbi-sənaye kompaniyasının hərbi hissə anbarında qeydə alınıb. Partlayış nəticəsində bir neçə ev və avtomobilə zərər dəyib. Ölən və xəsarət alan olmayıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Faktla bağlı araşdırmaya başlanılıb.