Hərbi hissənin maşınını vurdu, sərnişin öldü

herbi-hissenin-masinini-vurdu-sernisin-oldu
Oxunma sayı: 3319

Beyləqan rayonunda dünən ölümlə nəticələnə yol qəzası baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 1990-cı il təvəllüdlü Şirvan şəhər sakini Qarayev Elvin Ələddin oğlu idarə etdiyi “Vaz-2106” markalı 99-SC-790 nömrəli avtomobillə 1-ci Şahsevən kəndi ərazisində hərəkətdə olan zaman N saylı hərbi hissəyə məxsus “ MAZ” markalı avtomobilin arxa təkər hissəsinə dəyib.

Nəticədə sürücü Elvin Qarayev müxtəlif bədən xəsarətləri alıb, onun yanında olan sərnişin Masallı rayon sakini, 1990-cı il təvəllüdlü Cahangirov Şərif Sabir oğlu hadisə yerində ölüb. Hazırda faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Murad Əhməd