Hərbi komissarın həbs müddəti uzadıldı

herbi-komissarin-hebs-muddeti-uzadildi
Oxunma sayı: 650

Məlumata görə, sabiq hərbi komissar barəsində Bakı Hərbi Məhkəməsinin qəbul etdiyi qərardan müdafiə tərəfi Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verib.

Ağabəyov rüşvət alma və hakimiyyətdən və ya qulluq mövqeyindən sui-istifadə etmə, hakimiyyət həddini aşma cinayətlərində ittiham olunub.

Ağabəyov bu ilin aprelində həbs olunub. O, bundan əvvəl Masallı rayonunda hərbi komissar kimi çalışıb.

Respublika Hərbi Prokurorluğu tərəfindən hərbi komissarlıqlarda aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi həkim komissiyalarının rəyinə əsasən, qanunsuz möhlət verilməsi və valideynlərindən rüşvət alınması müəyyən edilib.

Bu faktlarla bağlı Bakı şəhərinin Binəqədi, Suraxanı rayon, Sumqayıt şəhər və respublikanın digər rayon hərbi komissarları barəsində CM-nin 311.1 (rüşvət alma (passiv rüşvətxorluq), 313 (vəzifə saxtakarlığı), 341.1 (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə cinayət işləri başlanıb.