Hərbi komissarlığın əməkdaşı yol qəzasında öldü

herbi-komissarligin-emekdasi-yol-qezasinda-oldu
Oxunma sayı: 645

Rayon polis şöbəsindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, Qaraməryəm-İsmayıllı-Balakən magistral yolunun I km-də Mais Mərhəmət oğlu Məcidovun idarə etdiyi “VAZ-2106” markalı 85-BK-983 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü ağır yaralanıb. Onun sərnişini, 1966-cı il təvəllüdlü Natiq Rəmzi oğlu Şərifov isə dünyasını dəyişib.

Qeyd edək ki, qəzada ölən Natiq Şərifov Oğuz rayon hərbi komissarlığının əməkdaşı olub. Faktla bağlı araşdırmalar aparılır.