Hərbi prokurorluğun 5 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib

herbi-prokurorlugun-5-emekdasi-intizam-mesuliyyetine-celb-edilib
Oxunma sayı: 2093

Hərbi Prokurorluqda rəhbər vəzifəli şəxslərin və ərazi hərbi prokurorlarının iştirakı ilə 2019-cu ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

“Qafqazinfo”ya daxil olan  məlumata görə, müşavirədə çıxış edən Hərbi prokuror  general-leytenant Xanlar Vəliyev qeyd edib ki, bir neçə illərdir ki, hərbi hissəni və ya xidmət yerini müharibə vaxtı və ya döyüş şəraitində özbaşına tərk etmə cinayət hadisəsi hesabat dövrlərində qeydə alınmayıb. Vurğulanıb ki, hesabat dövründə dövlət ittihamının müdafiəsi üzrə şöbə tərəfindən birinci instansiya hərbi məhkəmələrinin hökm və qərarlarından verilmiş protestlərin 53 %-i təmin olunub. Həmçinin 2019-cu ilin birinci yarımilində xidməti fəaliyyətlərində fərqlənmiş 30 əməkdaş həvəsləndirilmiş, 12 əməkdaş müxtəlif medallarla təltif olunub.

Müşavirədə hərbi prokurorluq əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb olunmuş,hesabat dövründə bu sahədə yol verdikləri pozuntulara görə hərbi prokurorluğun 5 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.