Hərbi təyyarə qəzaya uğrayıb

herbi-teyyare-qezaya-ugrayib
Oxunma sayı: 653

ABŞ-ın Texas ştatında Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı qəzaya uğrayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər  verir ki, bu barədə CBS kanalı məlumat yayıb.

İnsident ştatın Hyuston şəhərində qeydə alınıb. Pilotun katapultdan istifadə edərək sağ qaldığı bildirilib. Ona artıq müvafiq tibb yardım göstərilib.

Təyyarənin yerə düşdüyü ərazinin yaxınlığındakı insanlar təxliyyə olunub. Qəza nəticəsində yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.