“Qafqazinfo”nun AzərTac-a istinadən məlumatına görə, oktyabrın 12-də yerli vaxtla saat 12.00-da havaya qalxan vertolyot İzmitdən Konyaya uçurmuş.
Bölgədəki bütün güc strukturları axtarışa cəlb olunub. Bununla əlaqədar yaradılmış fövqəladə qərargahın məlumatına görə, pis hava şəraiti və bölgənin dağlıq ərazi olması axtarışı çətinləşdirir.