Hərbi vəziyyətdən sonra Ukraynaya buraxılmayan rusların - Sayı

herbi-veziyyetden-sonra-ukraynaya-buraxilmayan-ruslarin
Oxunma sayı: 1369

Ukraynada hərbi vəziyyət elan olunduqdan sonra ölkəyə 1020 rusiyalının girişinə icazə verilməyib.

“Qafqazinfo”nun  xarici KİV-ə istinadən məlumatına görə, bu barədə Ukraynanın Dövlət Sərhəd Xidmətinin rəhbərinin köməkçisi Oleq Slobodyan bildirib.

Onun sözlərinə görə, humanitar yardım, təhsil və idman tədbirləri ilə əlaqədar ölkəyə gəlmək istəyənlərə heç bir problem yaradılmır: “Gəlişinin məqsədini izah edə bilməyən və hər hansı şübhə oyadan şəxslərin sərhədi keçməsinə icazə verilmir”.