“Hərbi xidmətə getməyənlər hərbdən danışır” - Siyavuş Novruzov

“Hərbi xidmətə getməyənlər hərbdən danışır”
Oxunma sayı: 3338

“Orduya nəzarəti Silahlı Qüvvələr edir. Hər hansı bir nöqsan baş verdikdə struktur dəyişikliyi və ya bu məsələdə hər hansı qeyri-hökümət təşkilatının nəzarət edilməsini təklif etmək düzgün deyi.  Hərbi xidmətə getməyənlər hərbi xidmətdən danışır. Lakin bu məsələ nəzəriyyə deyil. Bu praktikadır” 

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Siyavuş  Novruzov parlamentdə deyib. 

O qeyd edib ki, biz ABŞ-la özümümüzü müqayisə edirik: “Lakin orada sistem tamamilə fərqlidir. Ali baş komandanın tapşırığı budur ki, əsgər yemək bişirməməli, pol yumamalı, döyüşə hazır olmalı, taktikanı öyrənməlidir. Bunun üçün digər işlərə başqa şəxslər cəlb olunur. Hazırki əsr tamamilə fərqlidir. Silah növləri tamamilə dəyişilir. Orta məktəbi bitirən şəxsi yeni silahların idarə edilməsinə cəlb etmək mümkün deyil. Bunun üçün mütəxəssislər müqavilə əsasında cəlb olunur. Lakin elə ölkələr var ki, orada əsgərlər müqavilə əsasında xidmət edir. O zaman onlara nəzarət edilə bilər. Çünki ordu həmin şəxslər üçün iş yeridir, qulluq yeri deyil. Ordu cəmiyyətdən qapalı olmalıdır ki, o öz işinin öhdəsindən gələ bilsin. Bir dəfə riyaziyatçının müdafiə naziri qoydular gördük ki, ölkənin başına nə oyun açdı. Bu gün ordunun başında peşəkar hərbi xidmət şəxs dayanmalıdır. Çünki ölkəmiz müharibə şəraitindədir”.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi