Hərəkat təşkilatlanmaq qərarı verdi

herekat-teskilatlanmaq-qerari-verdi
Oxunma sayı: 638

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, yığıncaqda qəbul olunmuş qərarların icrası müzakirə olunub, DCUMH qərarlarının icrası barədə məlumat nəzərə alınıb.

Yığıncaqda Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının Avropa Bürosu ilə fəaliyyətin əlaqələndirilməsi İdarə Heyətinin üzvü ALDP-nin sədri F. Əliyevə həvalə olunub, DCUMH-un rayon şöbələrinin yaradılması haqqında qərar qəbul olunub.

Hərəkat Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəlikləri və xarici ölkə səfirlikləri ilə əlaqələrin qurulması barədə qərar qəbul olunub.

DCUMH 2012-ci il fevral ayının 23-də Xocalı soyqırımına həsr olunmuş növbəti Qarabağ Forumunun keçirilməsi barədə qərar qəbul edib.

Yığıncağa ACP lideri R. Quliyev telefon vasitəsilə qoşulub.