Hərəkat toplaşdı

herekat-toplasdi
Oxunma sayı: 644

Hərəkatın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, yığıncaqda qəbul olunmuş qərarların icrası müzakirə olunub. DCUMH qərarlarının icrası barədə məlumat nəzərə alınıb.

İctimai-siyasi vəziyyət və qarşıda duran vəzifələrin müzakirəsi zamanı deyilən təkliflər nəzərə alınıb.

19 mart 1994-cü ildə Bakı metrosunda törədilmiş terrorun ildönümünə münasibət bildirən İdarə Heyəti terroru pisləyir, terror qurbanlarının xatirəsini yad edib, terrora qarşı mübarizəni milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsi kimi daim diqqət mərkəzində saxlamağı Azərbaycan hakimiyyətinə təklif edib.

DCUMH İdarə Heyəti bütün Türk və müsəlman Dünyasını Novruz Bayramı münasibəti ilə təbrik edib, bu bayramın millətimiz və dövlətimiz üçün xeyirli-uğurlu olmasını arzu edib.