Hesabat verməyən siyasi partiyaların məsələsi gündəmə gəldi

Hesabat verməyən siyasi partiyaların məsələsi gündəmə gəldi
Oxunma sayı: 524

Deputat Siyavuş Novruzov siyasi partiyaların maliyyə hesabatlarını təqdim etmək problemini yenidən gündəmə gətirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Məclisin iclasında çıxış edən deputat qeyd edib ki, bu yaxınlarda Dağlıq Qarabağ üzrə ATƏT-in Müşahidə Şurasının rəhbəri ilə görüşəndə o, QHT-lərlə bağlı bəzi məsələləri qaldırdı: “ Söhbət burada xarici qrantlardan gedirdi. Hər bir dövlət bunun üçün şəffaflıq mexanizmini tətbiq edir. Dünyada elə maliyyə mənbəyi yoxdur ki, onun hesabatı olmasın.  Söhbət terrorizmdən getmir. Burada əsas məsələ hesabat verməyən siyasi partiyalardan gedir. Bir qrup MSK-ya hesabat versə də, bir qrup ümumiyyətlə vermir. QHT-lərlə bağlı etdiyimiz dəyişikliklər də beynəlxalq arenaya düzgün şəkildə çatdırmalıdır. Onlar düşünməsin ki, biz hər hansı təşkilatın  fəaliyyətini məhdudlaşdırmaq istəyirik”.

 Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi