“Hesabda irəli olduğun halda psixoloji cəhətdən güclü olmalısan” - Qriqorçuk

hesabda-ireli-oldugun-halda-psixoloji-cehetden-guclu-olmalisan
Oxunma sayı: 1613

“Mövsümün axırını fikirləşmək lazımsızdır. Növbəti oyunları düşünürük. Komandanın daha yaxşı olması üzərində fikiləşirik”

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qəbələ” – “Qarabağ” matçından sonra meydan sahiblərinin baş məşqçisi Roman Qriqorçuk bildirib.

Qriqorçukla müashibəni təqdim edirik:

- İki oyundur ki, əks-hücumlara bel bağlayırsınız. “Sumqayıt”la matça baxanda bu gün daha parlaq oyun sərgilədiniz. Bundan sonra komandanızın bu taktika ilə oynayacağını düşünmək olar?

- Çox yaxşı oynadıq. Sevincliyik, qalib gəlmişik və nəticədən razıyıq. Oyunumuzu hücum üzərində qururuq. Əvvələr də bu cür çıxış edirdik. Sadəcə, həmin vaxt yaratdığımız şanslardan yararlana bilmirdik.

- İlk hissədə top komandanızda olsa da, fasilədən sonra “Qarabağ” oyuna nəzarət etməyə başladı. Bu, nə ilə bağlı idi?

- Elə oyunlar olub ki, çətinliklə xal qazanmışıq və vacib xallar itirmişik. Bu, yəqin ki, psixoloji məsələ idi. Hesabda irəli olduğun halda psixoloji cəhətdən güclü olmalısan. Bunun üçün ardıcıl qələbələr qazanmalıyıq ki, problem həll olunsun.

- İlqar Qurbanov və Filip Ozobiç nə zaman sıraya dönəcəklər?

- Onların hər ikisində sınıq var idi. Artıq məşqlərə başlayıblar. Qısa müddətdə komandaya qoşulacaqlar.