Hesablama Palatası səfirliklərimizi yoxlayıb

hesablama-palatasi-sefirliklerimizi-yoxlayib
Oxunma sayı: 654

Palatadan “Qafqazinfo”ya verilən məlumata görə, iclasda Abşeron rayon İcra hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil-kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinin və “İlk dəfə işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramının icrası”nın auditi üzrə Rəy və Hesabatlar müzakirə edilərək təsdiq olunub, iclasın qərarları barədə Milli Məclisə məlumatların təqdim edilməsi qərara alınıb.

Kollegiya iclasında, həmçinin, Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin icrası, dövlət rüsumlarının hesablanması və ödənilməsi üzrə Audit proqramına və Hesablama Palatasının normativ-metodiki sənədlərində aparılmış dəyişikliklərə də baxılıb və müvafiq qaydada təsdiq edilib.

Nigar Məmmədli