Həsən Əliyev dəm qazından zəhərlənib

hesen-eliyev-dem-qazindan-zeherlenib
Oxunma sayı: 2487


“Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, ötən gün axşam saatlarında Gəncədə zəhərlənmə hadisəsi qeydə alınıb.

Şəhər sakini 19 yaşlı Həsən Əliyev dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib. Həkimlər xəstəyə təcili və təxirəsalınmaz tibbi yardım göstərərək, onun həyatını xilas ediblər.

Həsən Əliyevin dəm qazından hansı şəraitdə və necə zəhərləndiyi isə hələlik məlum deyil.