Həsən Əliyev küçəsindəki işlər bu həftə yekunlaşacaq

hesen-eliyev-kucesindeki-isler-bu-hefte-yekunlasacaq
Oxunma sayı: 646

Qurumun Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Tədbirlər Planına uyğun olaraq paytaxtın Nəsimi rayonu akademik Həsən Əliyev küçəsi boyunca çəkilmiş mövcud magistral su xətti 500 mm diametrlik metal borularla 300 metr uzadılır. Magistral xətdən ətrafdakı məhəllələrə və küçələrə su vermək üçün paylayıcı quyular tikilir və siyirtmələr quraşdırılır. Magistraldan ayrılan hər bir paylayıcı xəttin üzərində siyirtmələrin qoyulması gələcəkdə şəbəkənin idarəolunmasını asanlaşdırmaqla qəzaların qısa müddətdə aradan qaldırılmasına və su itkilərinin qarşısını almağa imkan verir. Tədbirlər Planına uyğun olaraq akademik Həsən Əliyev küçəsində tikinti-quraşdırma işlərinin bu həftənin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, mövcud magistral xəttin 300 metr uzadılması bu ərazidəki istehlakçıların içməli su təchizatının əsaslı şəkildə yaxşılaşmasına səbəb olacaq.

Nigar Məmmədli