Həsən Həsənovun ailəsinə ev verilib

hesen-hesenovun-ailesine-ev-verilib
Oxunma sayı: 649

2014-cü ildə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə birlikdə Kəlbəcərə gedən və erməni silahlı birləşmələri tərəfindən orada qətlə yetirilən Həsən Həsənovun ailəsinə mənzil verilib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Modern.az-a H.Həsənovun qardaşı Nail Həsənov bildirib.
 
O qeyd edib ki, qardaşının həyat yoldaşı Vüsalə xanım qızları Özləm və Ləmanla birlikdə yeni mənzildə yaşayacaq.

"Yeni mənzil Mehdiabad qəsəbəsində yerləşir, üçotaqlı, tam təmirli mənzildir”.
 
Həsənin ailəsinə Mehdiabad qəsəbəsində mənzil verilməsində Mehriban xanım Əliyevanın xüsusi köməyi olub.  Bu yaxınlarda oradakı şəhərcikdə mənzil şəraiti pis olan ailələrə Mehriban xanım tərəfindən mənzil hədiyyə olunacaq. Hələ ki, Həsənin ailəsi oradan mənzil alan ilk ailədir”.