Həsən Kərimov yenidən Türkiyəyə gedir

hesen-kerimov-yeniden-turkiyeye-gedir
Oxunma sayı: 647

Bu barədə “Qafqazinfo”ya onun həyat yoldaşı Almaz Rəhimova məlumat verib. O bildirib ki, hazırda Azərbaycanda müalicə alan Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədri Həsən Kərimov yaxın günlərdə Türkiyəyə gedəcək: “Hazırda burada müalicə alır. Amma müayinə üçün Türkiyəyə getməlidir.”

Hazırda Ali Məclisin sədri müavinin səhhətinin normal olduğunu deyən A. Rəhimova bildirib ki, hələ ki, həkimlər ona işləməyi qadağan edib: “Səhhətinə görə, həkimlər onu qətiyyən işləməyə qoymurlar.”

Fatimə Kərimli