Həsən Ruhani qələbəsini təmin edib - İran DİN-i açıqladı

hesen-ruhani-qelebesini-temin-edib
Oxunma sayı: 722

Həsən Ruhani praktiki olaraq İranda prezident seçkilərində qələbəsini təmin edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə İranın Daxili İşlər Nazirliyi açıqlama yayıb. 

Məlumata görə, bülletenlərin 40,076 faizi hesablanıb. Onlardan 38,940 milyonu həqiqi hesab edilib. Ruhaniyə 22,796 milyon seçici səs verib. Əsas rəqibi Rəisi isə 15,452 milyon səs toplayıb. 

DİN rəhbəri hesablanmamış bir qədər bülletenin qaldığını əlavə edib. Seçkilərin yekun nəticəsi yaxın saatlarda Daxili işlər naziri tərəfindən elan ediləcək.