“Həsrətindəyəm” - - Video

hesretindeyem-
Oxunma sayı: 3048


Gənc ifaçı Murad Sadıx “Həsrətindəyəm” mahnısına çəkdirdiyi klipin    təqdimat mərasimini keçirib. 

“Qafqazinfo”nun məlumatına görə,  müğənni mətbuat nümayəndələri və şou əhlini başına toplayaraq sözləri Leyli İsrafilovaya, musiqisi Sevinc Tağıyevayaməxsus mahnıya çəkilən klipi nümayiş etdirib. Klipə rejissor Ramil Ağasiyev  ekran həyatı verib.

"Klip 7 aya ərsəyə gəlib, klipin hazır materialları iki dəfə silinib və  yanıb. Klipdə tərəfmüqabilim olan telejurnalist Aysel Tahirqızı klip materiallarını bərpa etdi. Klipdə ailə həyat qurdum, həyatda isə 25 yaşında evlənməyi düşünürəm. Evlənəcəyim xanım gözəl  və məndən böyük olmalıdır, 30-31 yaşlı xanımla ailə qurmaq istəyirəm, digər xanımlar məndən inciməsin. Məndə yaş kompleksi yoxdur. İndiyə kimi ifa etdiyim bütün mahnıları bir xanıma həsr etmişəm. . Ayrılmağımıza baxmayaraq həmin insan hal-hazırda ağlımdadır”-, deyə müğənni bildirib.  

Təqdimat mərasimə ifaçının sənət dostları Aysel Əlizadə, Zarina, Yaşar Yusub, Leyla Ramazanlı, prodüser Təranə Səmədova və digərləri qatılıb. 

Könül