Həssas qruplardan olan uşaqlar diqqət mərkəzindədir

hessas-qruplardan-olan-usaqlar-diqqet-merkezindedir
Oxunma sayı: 714

Layihənin məqsədi, həssas təbəqədən olan uşaq və gənclərin yeni media texnologiyalarından istifadəsini gücləndirmək və onların cəmiyyətə səmərəli inteqrasiyasına və foto jurnalistika vasitəsilə öz fikirlərini və sosial mesajlarını cəmiyyətə, xüsusən də dövl ət təşkilatlarına çatdırmağa kömək etməkdir. Layihəsi çərçivəsində 01-07 Aprel 2012-ci il tarixlərədə Bakı şəhərində “Yeni Media və Foto jurnalistika” mövzusunda təlim kursu keçirməyi planlaşdırır. Təlmdən sonra 2012-ci ilin sentyabr və oktyabr aylarında iştirakçılar Bakı, Gəncə və Biləsuvar regionlarına səfər edəcəklər və onların çəkdikləri şəkillər sosial şəbəkələrdə, digər yeni mediya vasitələri ilə geniş şəkildə ictimaiyyətə təqdim olunacaq. Həmçinin onların çəkdikləri şəkillər Layihə çərçivəsində təşkil olunacaq sərgilərdə nümayiş olunacaqdır.

Layihədə iştirak etmək istəyən gənclər ərizə formasını doldurub 5 mart 2012-ci il tarixinədək aşağıdakı email ünvanına göndərməlidirlər: [email protected]