Həştərxan şəhərində Heydər Əliyevin xatirəsi anılıb

hesterxan-seherinde-heyder-eliyevin-xatiresi-anilib
Oxunma sayı: 931

Rusiya Federasiyasının Həştərxan şəhərində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, vilayətinin qubernatoru vəzifəsini icra edən S.Morozov, Beynəlxalq və xarici iqtisadi əlaqələr naziri vəzifəsini icra edən D.Afanasyev, vilayətin iş adamları, diaspor üzvləri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Həştərxan bölməsinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və həmvətənlərimiz Heydər Əliyevin Həştərxan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, onun xatirəsini yad edib.

Daha sonra Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına 11 nömrəli orta məktəbdə qonaqların və məktəb kollektivinin iştirakı ilə anım mərasimi keçirilib. Mərasimdə çıxış edənlər Heydər Əliyevin fəaliyyəti, Ulu Öndərin istər Sovet İttifaqı dövründə, istərsə də müstəqillik illərində Azərbaycanın tarixində, o cümlədən Azərbaycan-Rusiya münasibətlərinin inkişafında əvəzsiz rolu haqqında danışıblar.

Bildirilib ki, dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır.

Məktəbin müəllimləri və şagirdləri təhsil ocağının məhz Heydər Əliyevin adını daşımasından fəxr etdiklərini bildiriblər.