Həştərxanda Azərbaycan dili və mədəniyyəti günləri

hesterxanda-azerbaycan-dili-ve-medeniyyeti-gunleri-
Oxunma sayı: 644

Universitetin xarici dillər fakultəsinin akt zalında çıxış edən professor Olqa Yeqorova Azərbaycan xalqının mədəniyyəti və dili haqqında ətraflı məlumat verib, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşid Ağayev Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında çıxış edib və Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan bölməsinin sədri Ədalət Hüseynov Həştərxan Dövlət Universiteti ilə birgə tədbirləri və gələcək əməkdaşlığın perspektivlərini açıqlayıb.

Bununla yanaşı tədbir zamanı Bakı şəhərinin Slavyan Universitetinin tələbə və müəllimlərinin iştirakı ilə canlı videokonfrans baş tutub. Videokonfrans zamanı Həştərxan Universitetinin tələbələri tərəfindən Azərbaycan dili və mədəniyyətinin öyrənilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda tələbələr arasında Azərbaycanın müasir şairlərinin poeziyalarından şer və Azərbaycan dilindən rus və ingilis dillərinə sinxron tərcümə müsabiqələri keçirilib.

Tədbirdə “Müasir Azərbaycan” sənədli filmi nümayiş etdirilib, sonda tələbələrin iştirakı ilə ədəbi-bədii kompozisiya ifa edilib, Azərbaycan mətbəxinin nümunələri dequstasiya olunub.