“Hətəmov, tüpürüm o mükafata ki…”

“Hətəmov, tüpürüm o mükafata ki…”
Oxunma sayı: 2537

Tanınmış aktyor Hikmət Rəhimovla “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov arasında qalmaqal yaşanıb. 

“Qafqazinfo” xəbər verir ki, Hətəmov  aktyorun “Üçüncü günün adamı” filminə görə 5-ci Antakya Beynəlxalq Film Festivalının “Ən yaxşı kişi aktyoru” seçilməsində onun rolunun olduğunu bildirib. 

H. Rəhimov isə sosial şəbəkədə ittihamlara sərt bire şəkildə cavab verib:

“Bunu deməliyəm, çünki əsəbimdən səhərə qədər yata bilməmişəm. Deməli, kinostudiyanın rəhbəri Müşfiq Hətəmov deyir ki, Hikmətin aldığı mükafatı mən həll etmişəm. Mən də sənə deyirəm ki, Hətəmov, tüpürüm o mükafata ki, sən mənə vermisən və orda-burda bunu başa vurursan. Rahat ol, dilimə də gətirən deyiləm. Bil ki, Səni ora işləməyə qoyublar. Daha mütilik etməyə yox. Adamını tanı, ağıllı ol. Məni ətrafındakılarla səhv salma”. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi