“Hətta Bülənt Ərsoy vurulmuşdu”

hetta-bulent-ersoy-vurulmusdu
Oxunma sayı: 706

Bu barədə “Qafqazinfo”ya açıqlama verən Aygün Kazımova
Erkan Özermanın dedikləri ilə razı olduğunu qeyd edib:

“Mən Erkan Özermanla tamamilə razıyam. Biz o vaxtı “Best Model” yarışmasını keçirəndə Azərbaycanda modellik yarışmaları inkişaf etməmişdi. Daha sonra bu yarşmalar inkişaf etməyə başladı. Mən müğənniyəm, işlərim çoxdur. Amerikada layihəm var, ona görə vətənimdə belə verilişlərə getməyə vaxt tapmıram. Bu səbəbdən “Best Model of Azərbaijan”ı keçirə bilmədim. “Best Model” mənim üçün çox dəyərlidir. Yeri gəlmişkən, deyim ki, biz “Best Model” yarışmasını keçirəndə modelyer Leyla Əhmədovanın kolleksiyası mümayiş olunurdu.

Hətta Bülənt Ərsoy onun kolleksiyasında olan rəngarəng mexlərinə vurulmuşdu. Bir neçəsini də Bülent Ərsoya hədiyyədə etdi. O yarışma doğurdan da çox möhtəşəm oldu, 94 ölkə arasında birinci olduq. Erkan Özermana hörmətim sonsuzdur, heyif ki, vaxtım olmadı. İnşallah böyük məmnuniyyətlə o möhtəşəm günü bir daha yaşayarıq. “Best model of Azerbaijan”ın ölkəmizdə keçirilməməsində bizim heç bir günahımız yoxdur”.

Xatrladaq ki, “Best Model of World” yarışmasının rəhbəri Erkan Özerman “Qafqazinfo”ya açıqlamasında aprelin 8-i İstanbulda “Best Model of World” 2013 gözəllik yarışmasında Azərbaycanın iştirakının qeyri-mümkün olduğunu bildirib. Buna səbəb isə “Best model of Azerbaijan” müsabiqəsinin bu il keçirilməməsidir.

Aynur Babayeva