Həyat yoldaşı: “Nemət Pənahlı keçinir”

heyat-yoldasi-nemet-penahli-kecinir
Oxunma sayı: 761

Onun sözlərinə görə, Nemət Pənahlı aclıq aksiyasına bu ayın ikisindən başlasa da, qeydiyyata alınma yalnız ayın 9-dan başlayıb: “Artıq 4 gündür ki, o xəstəxanaya göndərilməlidir. Onu daha çox saxlamağa səlahiyyətləri çatmır. Üstündən 6 gün keçib, lakin həbsxana rəisi belə onu məcbur edə bilmir. Nemət Pənahlı 14 gündür ki acdır”. H. Pənahlı bütün insan hüquqları təşkilatlarının onunla maraqlandıqlarını bildirib. Həkimlərin analiz üçün xəstəxanaya gəldiklərini, lakin şəkərini müəyyən etməyin mümkün olmadığını qeyd edib. Həkim buna səbəb kimi N. Pənahlının ac olduğunu və bu şəraitdə şəkəri yoxlamağın mümkünsüzlüyünü göstərib. H. Pənahlı həbsxana rəisinin ona sabaha qədər səlahiyyəti olduğunu və Nemət Pənahlının gecə mütləq yeyəcəyini deyib: “O niyə belə əmindir ki, Nemət gecə mütləq yeyəcək? Deməli onu işgəncə verməklə yedirməyi nəzərdə tutublar. Mənim yoldaşım ölür. Həbsxana rəisi bütün gücünü sərf edir ki, onun meyiti çıxsın. Hər kəs bilir ki, Nemət hakimiyyətə qarşı olduğu üçün həbsdədir. Həbsxana rəisi ona deyir ki, bilmirdin bunları hakimiyyətə gətirəndə axırı belə olacaq ”.

H. Pənahlı Türkiyədən belə cavab gəldiyi halda Ədliyyə Nazirliyinin bu məsələyə heç bir reaksiya vermədiyini və Barak Obamaya müraciət etmək məcburiyyətində qaldığını deyib.

Səidə Teyyubqızı