“Həyat yoldaşım həmişə pis vaxtda zəng edir” - Video

heyat-yoldasim-hemise-pis-vaxtda-zeng-edir
Oxunma sayı: 2486

“Çelsi”nin baş məşqçisi Antonio Kontenin Premyer Liqada “Börnli” ilə XXXI turdan təxirə salınmış oyundan öncə keçirdiyi mətbuat konfransı zamanı maraqlı anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, italyan mütəxəssis jurnalistlərin suallarını cavablandırarkən həyat yoldaşı ona zəng edib.

Konte həmin anları belə şərh edib: “Həyat yoldaşımdır. Həmişə ən pis vaxtda zəng edir. Məni cərimələyə bilərsiniz. Çox təəssüf, eyni situasiya burda sizin başınıza gəlsə, əsəbiləşərdim”.