“Həyat yoldaşım seksual olduğumu deyir”- - Fotolar

heyat-yoldasim-seksual-oldugumu-deyir-
Oxunma sayı: 4919


“Qafqazinfo” “ans press”ə istinadən xəbər verir ki, şəxsi həyatı, sənəti və gözəlliyindən danışan sənətçi jurnalistin suallarına cavab verərkən bir çoxlarının bilmədiyi məqamlara toxunub:

- İnsanların heyran qaldığı, parıldayan qadının arxasında necə bir insan dayanıb?

- Çox safam, hətta axmaq. Rəqabətçiyəm, idmanı çox sevirəm, yemək hazırlamaqdan çox xoşum gəlir. Həyat yoldaşım isə seksual olduğumu əlavə edir.

- Kaliforniyada balaca bir evdə yaşadığında dünyanın ən seksual qadını olacağının xəyalını qururdun?

- Xeyir. Qızlarn əksərriyyəti balerina və ya müğənni olmaq istədiklərində mənim ən böyük xəyalım gerçək qəhrəman olmaq idi.

Uşaqlığından danışan Cessika illərinin çoxunun xəstəxanada keçdiyini etiraf edib: "Xəstə illərim çox olub, hər zaman xəstəxanalarda müalicə almışam. Ona görə də qəhrəman olmaq arzusu ilə yaşayırdım. Böyrəklərimdə problemlər var idi, apensit, allergiya, daha sonra isə şiddətli asmadan əziyyət çəkmişəm. Amma bunlara baxmayaraq yaşamağa davam etdim". 

Uşaqlıq illərində oğlan kimi geyindiyini deyən sənətçi 27 yaşında özündə əsil qadınlıq hissini tapdığını bildirib: "Artıq gənc qız kimi yox, gənc qadın kimi fikirləşməyə başladım. Nə deyə bilərəm axı, hazırda yaşadığım həyata görə özümü şanslı hesab edirəm. Pulumu da sevdiyim işimdən qazanıram, gözəl ailəm və dostlarım var".