Həyat yoldaşını bıçaqlayan Bərdə sakini saxlanıldı

heyat-yoldasini-bicaqlayan-berde-sakini-saxlanildi
Oxunma sayı: 641


Yanvarın 23-də I Alatavada yaşayanlar Zaur Zəkiyev mübahisə zəminində Aqşin Qurbanova bıçaq xəsarətləri yetirib və sonuncu KTM-ə aparılıb, orada dünyasını dəyişib. Yasamal RPİ CAŞ və 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Z.Zəkiyev yaxalanıb.

Yanvarın 23-də, Rəsulzadə qəsəbəsində, Bərdə rayon sakinləri Məhəmməd Əzizov münaqişə zəminidə kirayə yaşadıqları evdə həyat yoldaşı Leyli Bəhmən qızının kürək nahiyəsindən bıçaq xəsarətləri yetirdiyi üçün Binəqədi RPİ 4-cü PB-nin əməkdaşları tərəfindən tutulub.

Yanvarın 23-də Yeni Günəşli qəsəbəsində yaşayan Zakir Hüseynovun mənzilindən açarseçmə yolu ilə oğurluğa cəhd olunub. Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər Xəyal Məmmədov tutulmuş, digər iştirakçıların tutulması istiqamətində əməliyyat tədbirləri keçirilir.

Noyabrın 19-u 2012-ci il tarixdə, Bakı şəhər sakini Tofiq Osmanova məxsus C.Xəndan küçəsində yerləşən telefon mağazasından qapının dəmir barmaqlıqlarını sındırma yolu ilə 2000 manat dəyərində müxtəlif markalı telefonlar və bu il yanvarın 9-na keçən gecə, Bakı şəhər sakini Tofiq Osmanova məxsus H.Hüseynov küçəsində yerləşən mağazadan şüşəni sındırma yolu ilə 25 ədəd mobil telefon oğurlanıb. DİN KTİ və Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakinləri Elvin Ənnağıyev, Naməddin Cabbarlı və Masallı rayon sakini Elvir Qafarov yanvarın 18-də yaxalanıb. Oğurluğda şübhəli bilənən digər şəxslər – Mingəçevir şəhər sakini Emil Abdullayev və Bərdə rayonu sakini İlkin Quliyev yanvarın 23-də tutulub.

Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vidadi Qurbanovdan 33 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Xətai RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, AR CM-in 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə axtarışda olan Rafiq Nurullayev yanvarın 23-də yaxalanıb.

Yanvarın 21-də Yeni Günəşli qəsəbə sakini Elşən Məmmədov ərizə ilə 33-cü PB-yə müraciət edərək bildirib ki, yanvarın 20-i saat 23 radələrində, naməlum şəxslər onun S.Cəfərov küçəsində yerləşən evinin qarşısında yumruqla vuraraq, içərisində 300 manat və danışıq kartları olan çantasını əlindən almağa cəhd edib, qonşular hadisə yerinə yaxınlaşdıqda isə onlar hadisə yerindən qaçıb gediblər. Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvələr məhkum olunan Azər Məmmədov yanvarın 21-də, Bakı şəhər sakini Aslan Aslanov isə yanvarın 22-də, cinayətin digər iştirakçısı, Bakı şəhər sakini Elturan Yusibov yanvarın 23-də Suraxanı CAŞ və 33-cü PB-nin əməkdaşları tərəfindən yaxalanıb.