Həyat yoldaşını güllələyən tutuldu - Kriminal xəbərlər

heyat-yoldasini-gulleleyen-tutuldu-kriminal-xeberler
Oxunma sayı: 687

Avqustun 20-si saat 22:10 radələrində Y.Mürsəlov küçəsində yaşayan Murad Balametov qarın nahiyəsindən aldığı bıçaq xəsarətləri ilə KTM-yə yerləşdirilmişdir. Səbail RPİ 8-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Natiq Nəcəfov avqustun 21-də yaxalanmışdır.

Bakı şəhər BPİ Metropolitendə Polis Şöbəsinin Cinayət Axtarış Qrupunun əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsilə axtarışda olan Sərdar Kərimov avqustun 20-də tutulmuşdur.

Sabunçu RPİ 14-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avqustun 21-də Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ədalət Əliyevin evindən 6 ədəd patronu ilə birlikdə «Makarov» tipli tapança və 3 ədəd giliz aşkar olunmuşdur. Məlum olmuşdur ki, o, avqustun 20-də həmin silahdan 3 dəfə atəş açaraq həyat yoldaşı Xalidə Əliyevanı öldürməyə cəhd etmişdir.