Həyat yoldaşını qəzada itirən kişi özünü asmaq istəyib

heyat-yoldasini-qezada-itiren-kisi-ozunu-asmaq-isteyib
Oxunma sayı: 2146

Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, bu gün səhər saatlarında Quba rayonunun Heydər Əliyev prospektində yaşayan 57 yaşlı Kəlbəli Mirzəliyev özünü yaşadığı evdə asaraq intihara cəhd edib.

Evdəkilərin hadisədən tez xəbər tutması nəticəsində o sağ qalıb. Dərhal Quba MRX-na çatdırılan Kəlbəli Mirzəliyevə lazım olan bütün tibbi yardımlar göstərilib. Hazırda o, tibb müəssisəsinin reanimasiya şöbəsində stasionar qaydada müalicəsini davam etdirir. Vəziyyəti ağırdır.

Qohumlarının dediklərinə görə, onun intihar etməsinin səbəbi 5 gün öncə, yəni sentyabr ayının 20-də həyat yoldaşı, 56 yaşlı Sona Mirzəliyevanın yol nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişməsi olub. Ömür-gün yoldaşının yoxluğuna dözə bilməyən ər intihara cəhd edib. Sona Mirzəliyeva Bakı-Quba Rusiya federasiyası sərhədi avtomobil yolunun 165-ci km-də "VAZ 21063" markalı nəqliyyat vasitəsi tərəfindən vurulub. O, hadisə yerində dünyasını dəyişib.