“Həyatımız hind kinosundan ibarətdir”

heyatimiz-hind-kinosundan-ibaretdir
Oxunma sayı: 1963

Ötən gün Xalq artisti Murad Dadaşov “Bizimləsən” proqramına qonaq olub.  “Qafqazinfo” xəbər verir ki, o, sabah start götürən “Maşın” realiti şousu barədə danışıb. 

Layihənin aparıcısı proqramın “Hind kinosu” devizi ilə başlamasına aydınlıq gətirib: “Həyatımız hind kinosundan ibarətdir. Həyatımız başdan ayağa hind kinosudur. Hərdən baş verən hadisələri izləyirik, görürük ki, kimsə kimisəni axtarır, tapır. Hind rejissorlar vaxtı ilə bu həyatın təməlini kinolarda qurublar. “Maşın” şouda baş verən hadisələrdən bizim sabahımız, dünənimiz asılı deyil. Baxırıq, özümüzə müəyyən ölçü götürür, kimisə tanıyırıq”.