Heydər Camalın oğlu Afrikada öldürüldü - Yenilənib

heyder-camalin-oglu-afrikada-olduruldu
Oxunma sayı: 8938

Mərkəzi Afrika Respublikasında məşhur filosof, azərbaycanlı politoloq, yazıçı-şair Heydər Camalın oğlu jurnalist Orxan Camal, operator Kirill Radçenko və rejissor Aleksandr Rastorquyev öldürülüblər.

“Qafqazinfo” “Dojd” telekanalına istinadən xəbər verir ki, bu barədə “Tədqiqatların idarə edilməsi mərkəzi”ndən iki mənbə məlumat ötürüb. Orxan, Kirill və Aleksandr “Vaqner” hərbi şirkəti haqqında sənədli film üzərində işləyirmişlər. Çəkiliş heyətinin öldürülməsi faktını BMT-nin MAR-dakı missiyası və yerli dövlət qulluqçuları da təsdiqləyiblər. 

Mənbənin bildirdiyinə görə, rusiyalılar nəzarət-buraxılış məntəqəsində saxlanılıblar. Onlar Banqi respublikasından Bombariyə gedirmişlər. Məhz bundan sonra baş verənlər bilinmir. 

Ölənlərin şəxsiyyəti təsdiq edilib. 

*** 

Orxan Camal, Kirill Radçenko və Aleksandr Rastorquyevin nəzarət-buraxılış məntəqəsində döyüşçülər tərəfindən öldürülməsi ilkin versiya kimi irəli sürülüb. Jurnalistlərin MAR-da olması haqda nə Rusiya səfirliyinin, nə də prezidentin Rusiya üzrə məsləhətçisinin xəbəri olub.