“Heydər Əliyev bu işə 50-ci illərdən başlayıb” - Mədət Quliyev

“Heydər Əliyev bu işə 50-ci illərdən başlayıb”
Oxunma sayı: 4544

Mayın 3-də Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində "Heydər Əliyev -Dövlət Təhlükəsizlik Orqanlarının ilk azərbaycanlı generalı" ümumrespublika konfransı keçirilib.

"Qafqazinfo"nun tədbirdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, konfransda çıxış edən DTX sədri, general-leytenant Mədət Quliyev bildirib ki, dövlət müstəqilliyi uğrunda şərəfli mübarizədə müstəsna rolu olan Heydər Əliyev bütün sahələrdə silinməz iz qoyub: "Ulu öndər gələcək nəsilər üçün xüsusi məktəb yaradıb. Azərbaycanın xüsusi xidmət orqanlarının formalaşmasında müstəsna rolu olub. Cəmi 23 aylıq müstəqillik yaşayan Azərbaycan 1920-ci ildən sonra Moskvaya tabe edildi. Azərbaycan təhlükəsizlik orqanlarında ölkəsini ürəkdən sevən Heydər Əliyev kimi şəxsiyyətlər də var idi. Əməlliyyat müvəkkili vəzifəsindən DTK rəisinə, leytenant rütbəsindən generala kimi yüksəlmişdir. Ömrünün 25 ilini təhlükəsizlik sistemindəki işinə həsr edib. Gələcək Azərbaycan üçün milli kadrlar yetişdirmişdir. Bu işə 50-ci illərdən başlamışdır. Azərbaycanın tarixi şəxsiyyətlərini məhv edən qüvvələr ona qarşı çıxmışdır. Təzyiqlərə baxmayaq, Heydər Əliyev bu siyasəti davam etdirmişdir. Bir çox şəxsiyyətləri həbsdən, təqibdən qorumuşdur. Onun təhlükəsizlik əməkdaşlarına tövsiyyələri bu gün də öyrənilir. 

Xalqın təkidli tələbi ilə 1993-cü ildə Naxçıvandan Bakıya gələrək dövlət idarəçiliyini öz öhdəsinə götürmüşdür. Bundan sonra Azərbaycan dövlətinin bütün sahələri, polis, təhlükəsizlik sistemi formalaşdırıldı".

M.Quliyev bildirib ki, konfransda iştirak edın gənclər bu mövzuda məruzə hazırlayacaq və münsiflər heyəti tərəfindən seçilən şəxslər mükafatlandırılacaq.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında bildirib ki, Heydər Əliyev artıq 14 ildir aramızda yoxdur, amma onun yaratdığı siyasi məktəb Azərbaycanı inkişaf etdirir: “Ümumilli lider həyatlnda bir çox mühüm işlərə imza atmışdır. Amma onun ən böyük işi qurucusu olduğu Azərbaycandır. Azərbaycan rəsmi olaraq 1991-ci il oktyabrında müstəqil olsa da, Heydər Əliyev 1970-ci ildən bu istiqamətdə fəaliyyət göstərmişdir. Sovet dövründə dövlət aapratını, təhlükəsuzlik sistemini milliləşdirmişdir. Ali məktəblərin sayı artırılmış, yüzlərlə gənc Rusiya və Ukraynada təhsil almağa göndərilmişdir. Cəmşid Naxçıvanski adına Hərbi Məktəbi yaratmışdır ki, bundan sonra Sovet ordusunda Azərbaycan zabitlərinin sayı artdı. Bu amil sonradan müstəqil Azərbaycanın ordusu qurulanda özünü göstərdi". 

Ə.Həsənov bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə təhlükəsizlik xidməti milliləşib və milləti təhlükələrdən qoruyab sistemə çevrilib: “Xalqın milliləşməsi mövzusunda əsərlər yazıldı, amma digər ölkələrdə olduğu kimi şəxslər təqib olunmadı. Əksinə, ali məktəblərdə təbliğatı aparıldı.

Amma bir neçə il öncə bəzi dırnaqarası generallar Heydər Əliyevin siyasətini davam etdirmək əvəzinə, Azərbatcanın təhlükəsizlik sisteminin nüfuzunda xüsusi ilə hazırlanmış Anti-Azərbaycan qüvvələrinin vura bilmədiyi zərbəni vurdular. Sizin keçmiş sələfləriniz ziyalı ailəsində dünyaya gəlsələr də, nə peşəkar çekist, nə də ziyalı ola bildilər. Onların intellekti və mənəvi aləmi belə bir orqanın generalı olmağa yaramırdı. 

Heydər Əliyevin uğurlu siyasəti bu gün prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizin strareji yol xəritəsi hazırlanıb. Cənab prezidentin dediyi kimi Azərbaycan heç zaman bugünkü kimi güclü, müstəqil olmayıb".

Murad Əhməd







Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi