Heydər Əliyev Fondu Ağsuda iftar süfrəsi açıb - Foto

Heydər Əliyev Fondu Ağsuda iftar süfrəsi açıb
Oxunma sayı: 628

Heydər Əliyev Fondu mayın 24-də Ağsu rayonunda iftar süfrəsi açıb. 

“Qafqazinfo” xəbər verir ki, Ağsuda açılan iftar süfrəsində 400-ə yaxın rayon sakini iştirak edib.

İftar süfrəsi ətrafında on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb.

Ölkəmizə əmin-amanlıq və sülh arzulanıb, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunub.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi