Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu

heyder-eliyev-fondu-urek-qusurlu-usaqlarin-emeliyyatina-destek-oldu
Oxunma sayı: 666

Heydər Əliyev Fondunun dəstəyi ilə Cəbrayıl və Füzuli rayonlarından olan ürək qüsurlu uşaqlar üzərində cərrahiyyə əməliyyatı həyata keçirilib. 

"Qafqazinfo"ya daxil olan məlumata görə, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin iyunun 1-3 tarixlərində Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsi və Füzuli rayonunda “Uşaq ürəkləri Qarabağda döyünür!” şüarı altında keçirdiyi xeyriyyə aksiyası zamanı 400-dək uşaq diaqnostik tibbi müayinələrdən keçirilmişdi. 

Müayinələr nəticəsində 7 uşaqda anadangəlmə mürəkkəb ürək qüsurları aşkarlanmış və onların Mərkəzi Gömrük Hospitalına yönləndirilməsinə qərar verilmişdi.

Qeyd olunan uşaqların əməliyyyatı və müalicəsi ilə bağlı məsələləri Heydər Əliyev Fondu öz üzərinə götürüb.