Heydər Əliyev Fondunun 15 ildə Füzulidə keçirdiyi layihələr - Foto

heyder-eliyev-fondunun-15-ilde-fuzulide-kecirdiyi-layiheler
Oxunma sayı: 1291

2012-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Füzuli rayonunun Horadiz şəhərində 240 şagird yeri olan iki mərtəbəli ən müasir avadanlıq və dərs ləvazimatları, kitabxana, idman zalı, kompüter, istilik sistemi ilə təchiz olunmuş məktəb tikilərək istifadəyə verilib.

“Qafqazinfo” xəbər verir ki, həmin ildə Heydər Əliyev Fondu tərəfindən füzulili gənclərin asudə vaxtlarını səmərəli təşkil etmələri üçün Gənclər Mərkəzi inşa olunub.

Fondun Füzuli rayonuna köməyi başqa sahələrdə də özünü göstərib. Belə ki, 2014-cü ildə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Horadiz şəhərində 100 çarpayılıq, 2015-ci ildə Bala Bəhmənli kəndində 60 çarpayılıq ikimərtəbəli körpələr evi-uşaq bağçaları tikilərək istifadəyə verilib. 

2014-cü ildə Horadiz şəhərində yeni salınmış Gənclər Prospektində Tarix-Diyarşünaslıq Muzeyi tikilərək istifadəyə verilib. 2016-cı ildə Horadizdə Heydər Əliyev Fondu tərəfindən iki mərtəbəli ən müasir standartlara cavab verən Rəsm Qalereyası inşa olunub.

Hal-hazırda Heydər Əliyev Fondu tərəfində Arayatılı kəndində 80 çarpayılıq iki mərtəbəli, ən müasir standartlara cavab verən körpələr evi-uşaq bağçasının tikintisi davam edir.

Fond bu illər ərzində işğaldan azad olunmuş ərazilərdə onlarla layihə həyata keçirib. Belə ki, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb”, “təhsilə dəstək”, “məktəbəqədər təhsil müəssisələrinin inkişafı”, “tibb müəssisələrinin yenidən qurulması və inşası”, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” layihələri Füzuli rayonunda da reallaşdırılıb.