“Heydər Əliyev irsi” mövzusunda Beynəlxalq konfrans keçiriləcək

heyder-eliyev-irsi-movzusunda-beynelxalq-konfrans-kecirilecek
Oxunma sayı: 993

06 May tarixində Bakı Avrasiya Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi: multikulturalizm və müasir dövlət quruculuğu paradiqmaları” mövzusunda Beynəlxalq konfrans keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, konfransın açılış mərasimində elm adamları ilə yanaşı millət vəkilləri,ictimai xadimlər və KİV nüayəndələri iştirak edəcək.

Konfransda  Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə sabitliyin bərqərar olduğunu, çətinliklə əldə edilən müstəqilliyin qorunub saxlanması yolunda apardığı siyasi irsi araşdırılacaq.